Milli Məclisin yaz sessiyası yekunlaşıb.
Modern.az xəbər verir ki, 2022-ci il fevral ayının 1-də başlayan yaz sessiyasının bu gün sonuncu plenar iclası keçirilib.
Yaz sessiyası dövründə ümumilikdə 13 plenar iclas baş tutub, yeni qanun layihələri hazırlanıb və qəbul edilib.
Bir sıra məsələlərin müzakirəsinin başa çatmaması səbəbilə parlamentin 42 deputatının tələbi ilə növbədənkənar sessiya çağırılacaq.