Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin deputat heyəti Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər.
Bu barədə Modern.az-a komitənin sədri Tahir Mirkişili məlumat verib.
O qeyd edib ki, səfər çərçivəsində deputatlar zonada aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər zamanı “Ələt Azad İqtisadi Zonası haqqında” Qanuna ediləcək dəyişikliklər də işgüzar formada müzakirə olunub.