Modern.az

Türkiyəli deputatlar Şuşa Bəyannaməsinə görə Azərbaycana gəlir

Türkiyəli deputatlar Şuşa Bəyannaməsinə görə Azərbaycana gəlir

Parlament

10 İyun 2022, 11:52

Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd etmək üçün iyunun 14-də Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Bu barədə Modern.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

 

Türkiyəli parlamentari Şuşa Bəyannaməsinin ildönümünün Şuşa şəhərində təntənəli şəkildə qeyd olunacağını bildirib.

 

Onun sözlərinə görə, Azərbaycana gələcək nümayəndə heyətinin tərkibinə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasıdan (AKP) olan üzvləri - ölkənin sabiq baş naziri Binəli Yıldırım, Numan Kurtuluş, Efkan Ala, MHP təmsilçisi və digər siyasi partiyaların nümayəndələri daxildir. Şuşaya səfər edəcək Türkiyə nümayəndə heyəti Şamil Ayrım da daxil olmaqda 15 nəfərdən ibarət olacaq.

 

Xatırladaq ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi