"Biz həmişə məsələ qaldırırdıq ki, hökumət qənaətli olsun. Hökumət də qənaət edib".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında vitse-spiker Əli Hüseynli deyib.
Deputat həmkarı Vahid Əhmədovun sosial problemlərin müzakirəsi ilə bağlı komissiya yaradılması haqqında təklifinə münasibət bildirib:
"Sosial problemlər o səviyyədə deyil ki, xüsusi komissiya yaradılsın, müzakirə olunsun. Dəfələrlə müvafiq komitələrin daxilində müzakirələr aparıldı. Mənə görə heç bir yeni məsələ yoxdur və komissiyanın yaradılmasına ehtiyac yoxdur".
Həmçinin oxuyun:
“Məsələ qaldırsaq da, problemlər həll olunmur” - Deputat