Modern.az

Parlamentdə MTN-ə və DİN-ə çağırış səsləndi: “Təxribatçılara diqqət etsinlər”

Parlamentdə MTN-ə və DİN-ə çağırış səsləndi: “Təxribatçılara diqqət etsinlər”

Parlament

5 Mart 2013, 13:07

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Qasımlı bəzi KİV-ləri və təşkilatları etnik ayrı-seçkilikdə qınayıb. 

Modern.az-ın məlumatına görə, Musa Qasımlı bəzi KİV-lərdə və təşkilatlarda milli birliyə xələl gətirən milli azlıq, etnik qrup ifadələrinin işlədilməsindən narazılığını bildirib. Deputat deyib ki, bu cür ifadələrin KİV-də və təşkilatlar tərəfindən işlədilməsi ölkədə milli birliyə xələl gətirə bilər. Onun sözlərinə görə, “hamımız Azərbaycanlıyıq və bu ölkənin vətəndaşlarıyıq. Xüsusi bir etnik prinsiplərə görə fərqləndirmə aparmaq gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər”.
Deputat MTN və Daxili İşlər Nazirliyini belə məlumatları yayan, belə informasiyalara diqqət yetirməyə çağırıb.

Milli Məclisin spikeri Oqtay Əsədov Musa Qasımlını dəstəkləyib və bildirib ki, bu ciddi məsələdir və onunla mübarizə aparmaq lazımdır. Oqtay Əsədov onu da qeyd edib ki, bu kimi mövzuları ortaya atanlar xarici ölkələrdən təlimatlandırılan şəxslərdir. Bunların hər birinin məqsədi var:

“Hamı buna diqqət yetirməlidir. Belə məsələlərdə diqqətli olmalıdır”.

Modern.az        

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım