Modern.az

Parlament nümayəndə heyəti Qırğızıstanda səfərdədir

Parlament nümayəndə heyəti Qırğızıstanda səfərdədir

Parlament

23 İyun 2022, 12:46

Azərbaycanın parlament nümayəndə heyəti Qırğızıstanda rəsmi səfərdədir. 


Modern.az xəbər verir ki, Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci plenar iclası işə başlayıb. İclas bu gün və sabah davam edəcək.

 

Tədbir üzv parlamentlər və Özbəkistan Ali Məclisinin Senatının sədrləri, Türkmənistan və Macarıstan parlamentlərinin nümayəndə heyətləri, beynəlxalq təşkilatların, Türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirir.

 

Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.

 

İclasda iştirak edəcək Azərbaycan nümayəndə heyəti Qırğızıstana yollanıb. Nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir. 

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə deputatlar Hikmət Babaoğlu, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Nizami Cəfərov, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva daxildirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu