Modern.az

TürkPA-nın adı rəsmən DƏYİŞDİRİLDİ 

TürkPA-nın adı rəsmən DƏYİŞDİRİLDİ 

Parlament

24 İyun 2022, 21:51

Bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə beynəlxalq təşkilatların nümayəndələri və üzv ölkələrin parlament nümayəndə heyətləri iştirak ediblər.

 

İclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib. İclasda TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

 

Üzv dövlətlərin nümayəndələri TürkPA-nın adının dəyişdirilərək Türkdilli Ölkələrin Parlament Assambleyası adlandırılması barədə qərar qəbul edib.

 

XII plenar iclasının 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçirilməsi qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi