Milli Məclisin komitələri Şuşa şəhərində növbəti dəfə birgə iclas keçirəcəklər.
Modern.az xəbər verir ki, bu dəfə parlamentin Səhiyyə komitəsi və Əmək və Sosial Siyasət komitəsinin birgə iclasının Şuşada keçirilməsi planlaşdırılır.
İyulun 5-də keçiriləcək iclasın gündəliyindəki məsələlərdən biri İcbari tibbi sığortanın ölkədə tətbiqi haqqında dinləmədir.