“Hər partiya ilə ayrı-ayrılıqda dialoqa gedilmir. Dialoq üçün mövzu olur və partiyalar da bunun ətrafında müzakirə aparırlar. Bu gün özünü müxalifət adlandıran partiyaların öz aralarında vahid dialoq yoxdur”.
Bu sözləri Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Divanının toplantısında irəli sürülən hakimiyyətlə dialoq perspektivini şərh edərkən bildirib. Millət vəkili onu da qeyd edib ki, bir neçə dəfə hakimiyyətdən müxalifətə təkliflər də verilib.
“Onlar iqtidarla hansı dialoqdan danışa bilərlər? Onların potensialı yoxdur. Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, dialoqa hazırıq. Ancaq onlar real olaraq hazır deyillər. Biz dialoq üçün Dağlıq Qarabağla, siyasi partiyaların maliyyələşməsi və fəaliyyəti ilə bağlı təkliflər vermişik”-deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, martın 11-də Müsavat Partiyasını Divanının toplantısında YAP-la dialoq məsələsi gündəmə gətirilib.
Aqşin Kərimov