Modern.az

“Sərt karantin iqtisadiyyatın artımına mane olacaq” - DEPUTAT

“Sərt karantin iqtisadiyyatın artımına mane olacaq” - DEPUTAT

Parlament

11 İyul 2022, 09:23

"Dünyada, regionda və ölkəmizdə koronavirusa gündəlik yoluxma sayında artım müşahidə edilir. Xüsusilə, COVID 19-a yoluxma sayında qonşu ölkələrin həftəlik statistikası əvvəlkindən yuxarıdır. Azərbaycanda da həftəlik yoluxma sayı artır". 

 

Bu sözləri Modern.az-a gündəlik yoluxma statistikasının artması fonunda yenidən sərt karantin rejiminin tətbiq ediləcəyi haqqında iddialara münasibət bildirən deputat Vüqar Bayramov deyib.

 

Deputat qeyd edib ki, karantin rejiminin tətbiqi, qaydaların sərtləşdirilməsi haqqında qərarlar epidemioloji vəziyyətə uyğun verilir.

 

"Yeni veriləcək qərarlar üçün bu durum əsas götürüləcək. Amma ümumilikdə, iqtisadi baxımdan sərt karantinin tətbiq edilməsinin tərəfdarı deyilik. Bütün hallarda yoluxma sayının optimallaşdırılması ilə bağlı tədbirlər davam etdirilməlidir. Sərt karantin iqtisadiyyatın artımına mane olacaq.

 

Azərbaycan 2021 və 2022-ci ilin geridə qalan aylarında kifayət qədər iqtisadi artım əldə edə bilib. Bu tempin artım fonunda saxlanması üçün karantin rejiminin tətbiqi uğurlu addım olmayacaq", - deputat vurğulayıb.

 

Xatırladaq ki, son günlər Azərbaycanda yoluxma sayında artım müşahidə edilir. Rəsmi statistikaya əsasən, son bir həftə ərzində yoluxma hallarının sayı 48 faiz artıb. Artım fonunda ölkəmizdə yenidən karantin qaydalarının tətbiqi gündəmə gəlib. Belə ki, səhiyyə qurumlarının yaydığı birgə məlumata görə, yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi