Mərhum deputat Hikmət Atayevin adı Milli Məclisinin siyahısından çıxarılıb. Modern.az xəbər verir ki, H.Atayevin ölümü ilə əlaqədar onun seçildiyi 110 saylı Zaqatala seçki dairəsi də boşalmış dairə olaraq Milli Məclisin saytındakı siyahıdan çıxarılıb. Eyni zamanda mərhum millət vəkilinin adı üzv olduğu Milli Məclisin Sosial siyasət komitəsindən də çıxarılıb.
Qeyd edək ki, Milli Məclisin mərhum deputatı Hikmət Atayev martın 7-də Gürcüstan-Balakən yolunda baş vermiş avtomobil qəzasında dünyasını dəyişib.
Modern.az