Modern.az

Azərbaycanla Avropa Parlamenti arasında əlaqələr müzakirə olundu

Azərbaycanla Avropa Parlamenti arasında əlaqələr müzakirə olundu

Parlament

19 İyul 2022, 17:12

İyulun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, görüşdə Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrindən bəhs edilib, münasibətlərimizin inkişaf perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Milli Məclisin deputatları Tural Gəncəliyev, Erkin Qədirli, Nigar Arpadarai, Sevil Mikayılova, Avropa Parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi