Modern.az

Erməni deputatlardan sülhə ETİRAZ - Səməd Seyidovun müraciəti cavabsız qalıb

Erməni deputatlardan sülhə ETİRAZ - Səməd Seyidovun müraciəti cavabsız qalıb

Parlament

21 İyul 2022, 12:40

Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşdə bir sıra məsələ müzakirə olundu.

 

Nazirlərin görüşündən sonra ictimaiyyətdə vətəndaş cəmiyyəti nümayəndlərinin, o cümlədən jurnalistlərin və deputatların görüşlərinin təşkil edilməsi təklifləri də səsləndirilir. Hətta Azərbaycan və Ermənistan Paralmentlərarası İşçi Qrupunun yaradılacağı barədə də fikirlər var. Bu kimi görüşlərin sülh prosesinə müsbət təsir göstərəcəyi iddia olunur. 

 

Azərbaycanlı və erməni deputatların görüşləri haqqında Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai isə erməni deputatların bu cür görüşlərə hazır olmadığını bildirib:

 

"Müəyyən mərhələlərdə Ermənistanın vətəndaş cəmiyyəti, jurnalistləri, ziyalıları və s. ilə görüşlərinin təşkil edilməsi mümkün ola bilər. Amma hesab edirəm ki, Erməni tərəfi real addımlara hazır deyil. 

Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov bununla əlaqədar təklif səsləndirib. Komitə sədri həm yaz, həm də yay sessiyasında çıxış nitqində, eləcə də iclasdan sonrakı təmaslarda açıq şəkildə qeyd edib ki, erməni tərəfi ilə oturmağa və danışıqlar aparmağa hazırıq.

Onları masa arxasına dəvət edib. Amma Ermənistan tərəfi buna razılaşmayıb. 
Hesab edirəm ki, Ermənistan tərəfi vaxt udmağa çalışır, real, konstruktiv addımlar atmağa hazır deyil".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu