Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibe Qafarova və Pakistan Milli Məclisinin sədri cənab Raza Pərviz Eşref ilə birlikdə Baykar şirkətinə səfərə gəlib.
Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyə, Azərbaycan və Pakistan “Üçlü Assambleyası Başçılarının İkinci Toplantısı” üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət ediblər. Səfər çərçivəsində Assambleyanın Sədrləri BAYKAR tərəfindən milli və xüsusi olaraq hazırlanmış PUA-lar haqqında məlumat almış və araşdırmalar aparıblar.
Ziyarətin xatirəsinə hörmətli Məclis sədrlərinə Bayraktar AKINCI modeli təqdim olunub.