Deputat Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından yayılan fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, parlamentari adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını vurğulayıb.
"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!" - Sevinc Fətəliyeva feysbuk hesabında yazıb.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə deputat Sevinc Fətəliyevanın adından diqqətçəkən sitat paylaşılıb. Sitatda deyilir: "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram".