Modern.az

Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

Parlament

21 Avqust 2022, 12:41

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə tviter hesabında yazıb.

 

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, dünən Mardində baş vermiş qəza nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi