Modern.az

Siyavuş Novruzov Pənah Hüseyni “avantürist” adlandırdı - AÇIQLAMA

Siyavuş Novruzov Pənah Hüseyni “avantürist” adlandırdı - AÇIQLAMA

28 Mart 2013, 15:47


“Pənah Hüseyn həmişə belə avantürist fikirlərlə çıxış edib. Buna görə də belə şeylərə ciddi fikir vermək lazım deyil”. Bu sözləri Modern.az-a açqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov  keçmiş baş nazirin dialoq üçün baş nazir Artur Rəsizadəni və Nazirlər Kabinetini istefaya göndərmək təklifini şərh edərkən bildirib.

S.Novruzov qeyd edib ki, parlamentdəki keçmiş həmkarı belə təkliflərlə vaxtaşırı çıxış edir.

“Onun  ideyası ancaq kölgə kabineti “formalaşdırmaq”, alternativ parlament, hökumətin istefası haqqında sözlər söyləməkdir. 20 ildir eyni şeyləri eşidirik və bunlar hamısı avantüradır. Buna görə də belə şeylərə ciddi fikir vermək lazım deyil”-deyə YAP funksioneri kəskin şəkildə etiraz edib.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, eks-baş nazir Pənah Hüseyn Modern.az-a açıqlamasında müxalifətlə iqtidarın dialoqunun baş tutması üçün ilk növbədə hökumətin istefaya getməli olduğunu açıqlayıb.

  Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım