Modern.az

Deputat: “Əslində İran Azərbaycana birləşməlidir” - Reaksiya

Deputat: “Əslində İran Azərbaycana birləşməlidir” - Reaksiya

4 Aprel 2013, 10:33


“Bu təbii ki, sərsəm və anormal düşüncənin məhsulu olan bir fikirdir”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Fazil Mustafa  İranıın dini liderlərinin nümayəndəsi Hüseyn Şəriətmədarinin yazdıqlarını şərh edərkən bildirib. Deputat əlavə edib ki, əslində İran Azərbaycan birləşməlidir. “Çünki İran özü Azərbaycanın tərkib hissəsi olub. Ona görə də İran özü bu haqda fikirləşməlidir. Ona görə də bu cür iddia və fikirlərin səsləndirilməsi mənasızdır. İran tərəfinin bu cür çıxış etməsi sadəcə gülüş doğurur. Çünki orda olan azərbaycanlıların böyük əksəriyyəti fars zülmündən qurtulmaq istəyirlər”.

Millət vəkili qeyd edib ki, əslində İranda yaşayan soydaşlarımız dünyəvi olan  Quzey Azərbaycan haqda ciddi düşünür və birləşmək istəyirlər. “Çünki onların İranda hüquqları tapdalanır. Onlar dünyəvi və dinin istismarı olmayan bir dövlət mühiti istəyirlər. Ona görə də bunu önləmək üçün İranda belə fikirlər səsləndirilir. Məncə, əvvəl-axır İranın özü də demokratikləşəndə xalqlar bu cür mühitdə yaşamağa narahat olmayacaqlar. Azərbaycan İranın daxili işlərinə qarışmır, amma orda soydaşlarımızın pozulan hüquqlarına görə çox həssasdır. İranda 35 milyon bir xalqın hüququnu tanımayan bir ölkə başqa xalqlara hansısa bir fayda verə bilməz”-deyə vurğulayıb.  

Xatırladaq ki,  Seyid Əli Xamneinin “Keyhan” ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir. “Azərbaycanın əhalisinin əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə həyata keçirməlidir. Bununla bağlı İran Azərbaycan hökumətinə təklif göndərməli və bu müzakirə edilməlidir”, – deyə H. Şəriətmədari bildirib.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım