Modern.az

“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” - Deputat

“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” - Deputat

Parlament

19 Sentyabr 2022, 14:52

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb.

 

Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir:

 

“Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”.

 

Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır:

 

“Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi