Modern.az

Deputat Ancelina Coliyə bənzədilməsi iddiasına aydınlıq gətirdi

Deputat Ancelina Coliyə bənzədilməsi iddiasına aydınlıq gətirdi

Parlament

19 Sentyabr 2022, 22:31

Deputat Fatma Yıldırım haqqında yayılan iddialara aydınlıq gətirib.

 

Bu barədə Modern.az-a danışan deputat bildirib ki, ötən gündən sosial şəbəkələrdə onun adından həqiqəti əks etdirməyən, feyk xəbərlər paylaşılır.

 

"Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarakterli məlumatlar tamamilə yalandır! Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!", - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə deputatın adından yayılan sitatda onun guya məşhur aktrisa Ancelina Coliyə bənzədilməsi haqda fikirlər yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir