Arxiv
20 Sentyabr 2022, 16:00 | PARLAMENT
Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün sentyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, qurumun Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının işində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev onlayn formatda və deputat Arzu Nağıyev iştirak edəcəklər.

 

Tədbirdə “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində hüquq pozuntularının qarşısının alınmasına dair, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq humanitar hüququn prinsiplərinin tətbiqi ilə bağlı tövsiyələr haqqında və digər məsələlər müzakirə olunacaq.

 

Elm və təhsil daimi komissiyasının iclasına Milli Məclisin komitə sədri Bəxtiyar Əliyev qatılacaq. İclasın gündəliyinə MDB ölkələri üçün model İnformasiya kodeksi, Elmi və elmi-texniki fəaliyyətin subyektlərinin dövlət attestasiyası haqqında model qanun layihəsi, təhsil sahəsində rəqəmsallaşdırmanın normativ tənzimlənməsi üzrə tövsiyələr və digər məsələlər daxil edilib.

 

Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA yanında Birgə komissiyanın işində deputat Arzu Nağıyev iştirak edəcək. Komissiyada “İctimai təhlükəsizlik haqqında” model qanun layihəsi, MDB iştirakçısı olan ölkələrin sərhəd orqanlarının terrorizmə qarşı mübarizə sahəsində fəaliyyətinin, habelə MDB dövlətlərinin  sularında qanunsuz fəaliyyətin qarşısının alınması sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə dair tövsiyələrin layihələri üzərində aparılan iş və digər məsələlər barədə danışılacaq.

 

Dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyanın iclasında deputat Jalə Əliyeva iştirak edəcək. Toplantıda Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçilər üçün seçkilərin və referendumların müşahidəsi üzrə Tövsiyələrin layihəsi, “Beynəlxalq müşahidə haqqında”, “Dövlət və bələdiyyə xidməti haqqında” model qanun layihələri və digər məsələlər müzakirə olunacaq.

 

Nəzarət və büdcə komissiyasının iclasına deputat Malik Həsənov qatılacaq. Yığıncaqda quruma üzv dövlətlərin Parlamentlərarası Assambleyanın 2022-ci il büdcəsinə kapital qoyuluşlarının köçürülməsi üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi, MDB iştirakçısı olan dövlətlərin təşkilatın Parlamentlərarası Assambleyasının 2023-cü il üçün fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclər smetalarının layihələri, komissiyanın 2023-cü il üçün iş planı və digər məsələlərə baxılacaq.

 

Deputatlar MDB PA-nın komissiya iclaslarında müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

 

Səfər sentyabrın 25-də başa çatacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48