Arxiv
21 Sentyabr 2022, 10:04 | PARLAMENT
Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozlarını açıqlayıb. Nazirliyin məlumatında qeyd edilib ki, 2023-ci ildə icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb. İcmal büdcə xərcləri isə növbəti ildə 37 milyard 883 milyon manat nəzərdə tutulub.

 

2023-cü ildə dövlət büdcəsinin gəlirlərinə gəlincə, bu, 30 milyard 720,7 milyon manat təşkil edəcək. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat olaraq hesablanıb.

 

Gələn ilin büdcəsi haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov proqnozların özünü doğruldacağını hesab edir. Deputat bildirib ki, 2023-cü ilin büdcəsi ilə əlaqədar proqnozlar cari ilin ilk 8 ayı ərazində Azərbaycanda mövcud olan iqtisadi vəziyyətə əsaslanır:

 

 

“2022-ci ilin ilk 6 ayında ümumdaxili məhsul təxminən 64 milyard manata yaxın olub. Bunun yarıya qədərini qeyri-neft sektorundan daxilolmalar təşkil edir. İnkişaf etmiş ölkələrdə inflyasiya 6.6 faiz əhatəsində olubsa, Azərbaycanda 12.9 faizə yaxın idi. Amma bu, statistik ortalama rəqəmlərdir. Bizdə elə ərzaq məhsulları var ki, 30-40 faiz inflyasiyaya məruz qalıb. Qiymət artımı hələ də problemdir.

 

İxrac əməliyyatlarında 24.8 milyard dollara yaxın dövriyyədən söhbət gedir. Burada 12 milyarda yaxın müsbət xarici ticarət saldosu var. Qeyri-neft sektorunda isə cəmi 1.85 milyard dollar artım olub. Az olsa da müsbət irəliləyiş mövcuddur. Bu rəqəmlər göstərir ki, 2022-ci ilin ikinci yarım ilində neftin və qazın qiyməti yüksək qalacaqsa, 2023-cü ildə verilən proqnozlar özünü doğruldacaq.

 

2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Qazın isə qiyməti get-gedə artır, bu yanacağa tələbat böyükdür, Rusiya qaz ixracını kəskin azaldır və s. Bütün bunlar proqnozların özünü doğruldacağına zəmin yaradır”.

 

 

Vahid Əhmədovun fikrincə, 2023-cü ildə də prioritet sahələrə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu, müdafiə, təhlükəsizlik məsələləri, sosial və kənd təsərrüfatı sahələridir:

 

“2022-ci ildə əməkhaqqı 20 faizə qədər artırıldı. Amma müavinətlər və pensiyalarda, təqaüdlərdə  problemlər var. Qiymət artımının yüksək olduğunu nəzərə alaraq, sosial müavinətlərə yenidən baxmaq lazımdır.

 

Kənd təsərrüfatı bizim üçün çox əhəmiyyətli sahədir. Dövlət bura böyük subsidiyalar, dotasiya ayırır. Amma hesab edirəm, bu sahəyə vəsait ayrılması prioritet olaraq qalmalıdır.

 

Qazilərimizin və şəhid ailələrinin problemləri 2023-cü ildə həlsiz qalmamalıdır. Siyahıya 80 şəhidimiz daha əlavə olunub. Onların ailələrinə də xüsusi diqqət göstərilməlidir. Milli Məclisdə bununla əlaqədar dinləmələr keçiriləcək ki, problemlər araşdırılsın.

 

2023-cü ildə öndə olacaq məsələlərdən biri də ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar ölkə başçısı tapşırıqlar verir. Əhalinin ərzaq təminatı normal həyata keçirilməlidir. Aztəminatlı ailələrə yardımlar edilməlidir”.

 

 

2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz çoxdur. İdxalın artmasının səbəbinə toxunan iqtisadçı-deputat bunun qiymət artımı ilə əlaqədar olduğunu söyləyib:

 

“Bizim xaricdən idxal etdiyimiz məhsulların qiyməti yüksəlib. Nəzərə almalıyıq ki, xarici ölkələrdən qiymət artımını da idxal edirik. Bu bütün dünyanın problemidir.

 

Hazırda ən aktual məsələlərdən biri məhz ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov qıtlıq gözlənildiyini demişdi. Amma mən o dərəcədə qıtlığın olacağını düşünmürəm. Çünki Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi, digər qurumlar kifayət qədər tədbir görürlər. Çalışırlar, Azərbaycana taxıl, un, ərzaq buğdası artıqlaması ilə idxal edilsin və problem olmasın. Azərbaycanın kifayət qədər vəsaiti - 55 milyard dollardan çox ehtiyatı var. Dünyanın istənilən bölgəsindən istənilən məhsulu alıb, ölkəyə gətirə bilərik. Ona görə, ərzaq qıtlığının yüksək səviyyədə yaşanacağını zənn etmirəm”.

 

 

 

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması planlaşdırılır. Bununla əlaqədar məsələyə toxunan Vahid Əhmədov bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəlməsinə də diqqət artırılır:

 

“Qarabağda artıq buğda istehsalına başlanıb, kənd təsərrüfatının canlanması üçün işlər görüləcək. Əsas məsələ əhalinin torpaqlara qaytarılmasıdır. Bundan sonra hər şey öz həllini tapacaq.

 

Hesab edirəm ki, 2023-cü ildə əsas hədəflərimizlə bərabər qazilərlə işin gücləndirilməsinə, şəhid ailələri və müharibə iştirakçılarına diqqətin artırılmasına önəm verilməlidir. Hər bir Vətən müharibəsi iştirakçısı ilə təkbətək məşğul olmaq lazımdır ki, onların heç bir psixoloji problemləri qalmasın. Biz bu şəxslərə minnətdar olmalıyıq. Qazilərlə əlaqədar müəyyən hadisələr baş verib, bu olmamalıdır. Milli Məclisdə də məsələnin müzakirəyə çıxarılmasını dəfələrlə tələb etmişəm. Problem nədir? Ölkə başçısı həmişə şəhid ailələrini və qaziləri diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahəyə diqqəti böyükdür. Qaziləri xarici ölkələrə müalicəyə göndərirlər. Görünür ki, bəzi məqamlarda çatışmazlıq var və biz bunu aradan qaldırmalıyıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Stadionda ölənlərin sayı artdı 11:11, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün Pullarını şəhər meriyasına vəsiyyət etdi 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Futbol matçında iğtişaş: 127 nəfər öldü - VİDEO 09:39, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57