Arxiv
22 Sentyabr 2022, 16:54 |
Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəldi

Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan tərəfindən 30 il ərzində işğal edilmiş əzəli torpaqlarını öz qüvvəsinə azad edib və hazırda bu ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır.

 

Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyi barədə məlumat verib. Bildirib ki, beynəlxalq standartlara cavab verən bu layihələr əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndinə artıq bir çox ailələr köçürülüb. Burada yaşayan vətəndaşların şəraitinin daha da yaxşılaşdırılmasında, rifah halının yüksəldilməsində həmin layihələr önəmli rol oynayır.

 

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviç görüşə və maraqlı söhbətə görə öz minnətdarlığını ifadə edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının önəmli olduğunu deyib. İqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən bəhs edib.

 

Qonaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin əhəmiyyətindən söhbət açaraq, müasir texnologiyaların tətbiqinin insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə kəndlərin qurulmasını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumda bu istiqamətdə ölkəmizin təcrübəsinin böyük maraqla qarşılandığını söyləyib.

 

Söhbət zamanı deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov ikitərəfli əlaqələrin inkişafı, enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, digər qarşılıqlı maraq doğuran məsələlər barədə öz fikirlərinin açıqlayıblar.

 

Görüşdə deputat Mahir Abbaszadə, Avropa Parlamenti nümayəndə heyətinin üzvləri Hannes Heide, Engin Eroğlu, Marin Miletiç, Adam Muxtar, Alessandro da Rold, Angele Kedaitene, Rafet Kurnaz, Gencay Koyunbaşoğlu, Ethem Güngör və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37 Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək  1 Oktyabr 2022, 18:33 Rusiya Liman şəhərindən geri çəkildiyini bəyan etdi 1 Oktyabr 2022, 18:14 Dünyanın ən qeyri-adi şairi - 74 yaşlı Vaqif Bayatlı 1 Oktyabr 2022, 18:09 Ermənistan Ukraynanı özünə dost yox, düşmən sayır - Erməni ekspert 1 Oktyabr 2022, 17:39 Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - ƏRDOĞAN 1 Oktyabr 2022, 17:29