Arxiv
22 Sentyabr 2022, 21:03 | PARLAMENT
Britaniyalı deputat erməni təxribatını PİSLƏDİ
Britaniyalı deputat erməni təxribatını PİSLƏDİ

Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənsitanın hücumları ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanat işçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilib.

 

Bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib. Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib.

 

Deputat bildirib ki, bu hücumlar Azərbaycanın Qarabağ bölgəsinə deyil, onun beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib və tamamilə səbəbsiz və əsassız yerə olub.

 

Bəyanatda vurğulanıb ki, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın törətdiyi zorakılıqları qınayır, bu münaqişələr zamanı həyatını itirən şəxslərin və onların ailələri ilə bağlı dərin narahatlıq keçirir.

 

“Biz Ermənistanı Avropa İttifaqının rəhbərlik etdiyi normallaşma prosesinə ardıcıllıq və sadiqlik nümayiş etdirməyə, dinc dialoqu davam etdirməyə çağırırıq. Ermənistanın son revanşizmi qurulan etimadı sarsıdır. Biz Ermənistanı Azərbaycanla konstruktiv şəkildə və xoş niyyətlə əlaqələr qurmağa, münaqişədən sonrakı problemlərin qənaətbəxş həllinə nail olmağa, ən əsası mina məlumatlarının, itkin düşən şəxlərlə bağlı məlumatların paylaşılmasına, kommunikasiya və nəqliyyat marşrutlarında yaradılan maneələrin aradan qaldırılmasına çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

 

Bob Bləkmən onu da bildirib ki, 31 avqust 2022-ci ildə Brüssel görüşü zamanı hər iki tərəfin üzərinə götürdüyü yekun hərtərəfli sülh sazişi üzərində birgə işlər intensivləşdirilməsi və görüşdə qaldırılan məsələlər üzərində işlərin davam etdirilməsi zəruridir.

 

Bəyanatda beynəlxalq icmaların, xüsusilə Britaniyanın Ermənistanı qınamasının zəruriliyinə diqqət çəkilib, Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə hesab verməli olduğu qeyd edilib.

 

“Biz təcili olaraq Böyük Britaniya hökumətini erməni təcavüzünün dərhal dayandırılmasını tələb etmək üçün digər xalqlara qoşulmağı çağırır, əsassız hərəkətlərini davam etdirdiyi müddətcə Ermənistana qarşı sanksiyaların irəli sürülməsini tələb edirik.

 

Biz həmçinin Böyük Britaniya hökumətindən Böyük Britaniyanın şəxsi maraqları üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülhə nail olmaq üçün Aİ vasitəçiliyi ilə normallaşma prosesinə öz qəti siyasi dəstəyini verməsini xahiş edirik”, - deyə deputat söyləyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
“Açıq mikrofon” tərtərli abonentlərin müraciətlərini səsləndirdi 16:02, Bu gün Bu il 2077 nəfər 600-dan yuxarı bal TOPLAYIB 15:58, Bu gün Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün