Arxiv
23 Sentyabr 2022, 18:52 | PARLAMENT
15 qanun layihəsi plenar iclasa tövsiyə edildi

Sentyabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, deputatları salamlayan komitənin sədri Tahir Mirkişili gündəliyə 15 məsələnin daxil edildiyini bildirib.

 

Gündəliyin təsdiqindən sonra komitə sədri qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində yaradılan üç işçi qrupundan ikisinin əvvəlki iclasda görülən işlərlə bağlı məruzəsi dinlənilib.

 

Bu iclasda komitənin üzvü Vüqar Bayramov rəhbərlik etdiyi işçi qrupunun gördüyü işlərlə bağlı məruzə edəcək.

 

Deputat Vüqar Bayramov qrupun vergi məsələləri ilə bağlı gördüyü işlər barədə məlumat verərək müvafiq dövlət orqanları ilə qurulan faydalı əməkdaşlıq, aparılan müzakirələr haqqında danışıb.

 

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

 

Komitə sədri birinci məsələnin “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib. Qeyd edib ki, layihədəki ilk iki qanuna dəyişiklik Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi ilə bağlı qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb.

 

Layihədəki “Torpaq icarəsi haqqında” Qanuna dəyişikliklə bağlı Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirib ki, qanunun 5-ci maddəsində “dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi” ifadəsinin daha geniş əhatəyə malik “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan” ifadəsi ilə əvəzlənməsi təklif olunub.

 

Tahir Mirkişili qeyd edib ki, gündəliyin 2-ci, 13-cü, 14-cü və 15-ci məsələləri bir-biri ilə yaxındır və onlar haqqında ümumi məlumat vermək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya söz verilib. Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında birinci oxunuşda olan iki qanun layihəsi vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyiciləri haqqında məlumatın hansı hallarda və hansı orqanlara (qurumlara) verilə bilməsi, eyni zamanda, aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədləri ilə hazırlanıb.

 

Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb. Dövlət Vergi Xidməti rəisinin müavini təklif olunan dəyişikliklərin istiqamətləri ilə bağlı deputatlara ətraflı arayış verib.

 

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Samirə Musayeva qeyd edib ki, qanuna təklif olunan əlavəyə görə, tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunurlar. Həmçinin həmin müddətin bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halı da nəzərdə tutulub.

 

Gündəliyin digər məsələləri müzakirəyə təqdim olunarkən onlar haqqında komitə sədri Tahir Mirkişili məlumat verib. Bildirilib ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) siyahısı müvafiq orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalının 2 il müddətinə gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

 

“Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestrinin aparılması qaydasını müəyyən edir.

 

İclasda müzakirəyə çıxarılmış Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda olan qanun layihələrinin bir-biri ilə əlaqəli olduğu bildirilib. Komitə sədri onlar haqqında məlumat verərkən dəyişikliklərə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı yalnız notariusa müraciətin yetərli olmasından danışıb, qanun layihələrinin ölkədə elektron xidmətlərin inkişafı və dövlət xidmətlərinin vətəndaşlarımıza “bir pəncərə” sistemi ilə daha rahat və daha şəffaf şəkildə göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

“Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunun tətbiqini təmin etmək məqsədilə hazırlanıb.

 

Birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə iki qanun layihəsinin birində şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi, digərində isə “Media haqqında” Qanunun tətbiqini təmin etmək üçün termin əvəzlənməsi təklif olunub.

 

Gündəliyin qalan iki qanun layihəsi isə “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlıdır.

 

Müzakirə olunan məsələlərlə bağlı komitə sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Məşhur Məmmədov, İqbal Məmmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış edərək fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

 

Müzakirələrin sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

 

İclasda deputatlar Ziyad Səmədzadə, Mahir Abbaszadə və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11