Modern.az

Parlamentin qanunvericilik işləri planı qəbul edildi

Parlamentin qanunvericilik işləri planı qəbul edildi

Parlament

30 Sentyabr 2022, 11:24

Milli Məclisin 2022-ci il Payız sessiyasının Milli Məclisin 2022-ci il Payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qanunvericilik işləri planına 10 məsələ daxil edilib:

 

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

 

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

 

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

 

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

 

6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;

 

7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;

 

8. “Ali təhsil haqqında” qanun layihəsi;

 

9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

 

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

 

Layihə səsə qoyularaq, qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir