“Vağzal\", \"Mədən\" - Niyə bu küçələrə şəhidlərin adları verilmir?!

“Vağzal\

30 Sentyabr 2022, 12:10

“Milli Məclisdə təmsil etdiyim Suraxanı rayonunun 60 şəhidi var. Demək olar ki, hamısının xatirəsinə şəhid-bulaq kompleksi yaradılıb".

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Etibar Əliyev məsələ qaldırıb.

 

"Amma rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adları verilməlidir. Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: “Vağzal”, “Mədən”, “Şimal Yaşayış Massivi”, "Şərq Yaşayış Sahəsi", “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”, - deputat qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı