Modern.az

Deputat Səbuhi Əhmədovun qardaşına "Şəhid ailəsi" statusu İSTƏDİ

Deputat Səbuhi Əhmədovun qardaşına

Parlament

30 Sentyabr 2022, 12:28

Deputat Aqil Abbas Milli Məclisdə şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı problemi qaldırıb.

 

Modern.az xəbər veiri ki, deputat bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirəsi zamanı danışıb.

 

“Mən xahiş edirəm, bu məsələyə diqqət artırılsın. Bu boyda dövlət şəhidin yadigarına 2 otaqlı ev verə bilməyəcək? Üstəlik, şəhidin yeganə varisidir, ata yox, ana yox yeganə qardaşı var. Niyə şəhid ailəsi hesab olunmasın? Niyə bu imtiyaz ona verilməsin? Mən bunu qaldırdım, adımdan səhv məlumat yaydılar”, - deyə A.Abbas deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı