Modern.az

Milli Məclis aprelin 19-da 31 məsələni müzakirəyə çıxaracaq

Milli Məclis aprelin 19-da 31 məsələni müzakirəyə çıxaracaq

Parlament

11 Aprel 2013, 15:41


Milli Məclisin aprelin 19-a keçriləcək iclasının gündəliyi məlum olub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin aprelin 19-da keçriləcək iclasın gündəliyinə 31 məsələ daxildir. Bura əsasən bir sıra qanunlara dəyişikliklər daxildir. A.Təvəkküloğlu həmin qanun layihələrinə misal olaraq aşağıdakıları göstərib:

  “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklər edilməsi haqqında”;
“MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalarıarası abunəçilik sistemin yaradılması haqqında”;
“Azərbaycan Respublikası höküməti və Küveyt Dövləti höküməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazışə dəyişiklik edilməsi haqqında”;
“Cinayət Məcəlləsinə dəyişiklər edilməsi haqqında”;
“İnsan alverinə qarşı mübarizə haqqında”;
“İnzibati Xətalar Məcələsinə dəyişiklər edilməsi haqqında”;
“Azərbaycan Respublikası höküməti və Sloveniya Respublikası höküməti arasında beynəlxalq avtomabil əlaqələri haqqında”;
“Vətəndaşının şəxsiyyəti vəsiqəsi haqqında qanuna dəyişiklər edilməsi barədə”;
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanuna dəyişiklər edilməsi barədə”;
”Vergilər Məcəlləsi haqqında qanuna dəyişiklər edilməsi haqqında”;
“Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olunmuş uşaqların soisial müdafiəsi haqqında”;
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”. 

Aytən ƏLİYEVA  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım