Deputatdan məktəbdəki hadisəyə REAKSİYA: "Tədbirlər görməsək..."

Deputatdan məktəbdəki hadisəyə REAKSİYA:

Parlament

4 Oktyabr 2022, 11:56

“112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Sabunçu rayonu Pirşağı qəsəbəsindəki 112 saylı məktəbdə şagirdin öz sinif yoldaşına qarşı zorakılıq etməsindən danışarkən deyib.

Millət vəkili bildirib ki, bu hadisə həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir.

“Bu məsələdə həm valideynlər, həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədi? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək, gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onllara vaxt ayıraq, düzgün tərbiyə verək”, - Ceyhun Məmmədov deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı