“Siyasi partiyalar haqqında” qanun bu sessiyada qəbul olunacaq

“Siyasi partiyalar haqqında” qanun bu sessiyada qəbul olunacaq

4 Oktyabr 2022, 17:45

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planına “Siyasi partiyalar haqqında” qanun layihəsi də daxil edilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı parlamentin rəsmi saytında məlumat qeyd edilib. Qanun layihəsinin daxil edilməsi ilə qanunvericilik işləri planında yer alan məsələlərin sayı 11-ə çatıb.

 

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən tərtib edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi əsasən, İctimai birliklər və dini qurumlar komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq. 

 

Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi haqqında sentyabrın 28-də keçirilməsi nəzərdə tutulsa da, parlamentə daxil olan təkliflərin çoxluğu nəzərə alınaraq, bu tarix təxirə salınmışdı. Bildirilib ki, prosesin gedişi haqqında əlavə məlumat veriləcək.

 

2022-ci il payız sessiyasının qanunvericilik işləri planının tam siyahısını təqdim edirik: 

 

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının,  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

 

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri

 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri

 

4. “Siyasi partiyalar haqqında” qanun layihəsi

 

5. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

 

6. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

 

7. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi

 

8. “Dövlət–özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi

 

9. “Ali təhsil haqqında” qanun layihəsi

 

10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

 

11.  Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı