Modern.az

Onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir - Əli Hüseynli

Onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir - Əli Hüseynli

Parlament

14 Oktyabr 2022, 12:08

“Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir. Halbuki, gəlir deklarasiyası olan ölkələr var ki, onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Əli Hüseynli deyib.

 

Vitse-spiker deputat Vahid Əhmədovun maliyyə amnistiyasının tətbiq edilməsi haqqında təklifinə münasibət bildirib.

 

"İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Amma gəlir deklarasiyası ilə bağlı maddə var və o, hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır”, - deyə Əli Hüseynli vurğulayıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI