Modern.az

Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın yanındadır - Spiker

Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın yanındadır - Spiker

Parlament

21 Oktyabr 2022, 11:22

“Dünən Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədik”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

“Xalqlarımız və dövlətlərimiz arasında dostluq əlaqələri bizim ən böyük uğurumuzdur. Oradan verilən əsas mesaj prezident İlham Əliyevin dediyi kimi, biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Türkiyə bir daha sübut etdi ki, bu gün də Azərbaycanın yanındadır.

 

44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq", - spiker qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi