Milli Məclisdə "2023-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.