Modern.az

“Məktəblərdə təhlükəsizlik qorunmur” - Parlamentdə məsələ qaldırıldı

“Məktəblərdə təhlükəsizlik qorunmur” - Parlamentdə məsələ qaldırıldı

4 Noyabr 2022, 10:36

“Məktəblər mühafizə olunmalıdır, amma məktəblərə gedəndə biz bunu görə bilmirik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev bildirib

 

“Mühafizəçilərə pul verilir, amma şagirdlərin təhlükəsizliyi məsələsinə diqqət yetirilmir. Şagird dərs vaxtı məktəbdən çölə çıxanda onun təhlükəsizliyinə kim zəmanət verir?”, - o bildirib.

 

Deputat Ceyhun Məmmədov da məktəblərin təhlükəsizliyi məsələsinə toxunub. “Digər məsələ məktəblərin mühafizəsidir. Bu yaxınlarda məktəbdə olan hadisə bunu bir daha sübut edir ki, məktəblərimizin mühafizəsinə diqqət yetirilməlidir. Belə hadisələrin olmaması üçün məktəblərdə nəzarət güclənməlidir”.

 

Komitə sədri Bəxtiyar Əliyev isə məktəblərin qorunmasına o qədər də ehtiyac olmadığını bildirib.

 

“Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərinin ilk üçlüyündədir. Ona görə də məktəblərimizin o qədər qorunmasına ehtiyac yoxdur. Amma məktəblərdə nizam-intizamın qorunmasına diqqət yetirilməlidir”.

 

Qeyd edək ki, Milli Məclisdə Elm və təhsil komitəsinin iclası keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi