Noyabrın 4-də Milli Məclisin tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə təşkil olunub.
Modern.az xəbər verir ki, dinləmədə Milli Məclis sədrinin müavinləri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri, deputatlar və QHT rəhbərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu sahədə aparılan tədqiqatların nəticələri açıqlanıb.
Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlament sədrinin müavini Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu və digərlər qanun layihəsi ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini irəli sürüblər.
Qeyd olunub ki, müzakirələrin əsas məqsədi qanun layihəsinin təkmilləşdirilməsidir.
Tədbir digər çıxışlarla davam edib.
***
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edib.
İclası vitse-spiker, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli açıb, yeni qanun layihəsinin hazırlanmasını vacib edən amillərdən danışıb.
Eyni zamanda, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qanun layihəsi ilə bağlı siyasi partiyalar tərəfindən irəli sürülən təkliflər haqqında söz açıblar.
Qeyd edək ki, siyasi partiyalar ilə bağlı son dinləmə oktyabrın 24-də keçirilib.