Modern.az

Vətəndaş yalnız bir partiyanın üzvü ola bilər

Vətəndaş yalnız bir partiyanın üzvü ola bilər

Parlament

4 Noyabr 2022, 11:46

Milli Məclisə 47 siyasi partiyadan təklif daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ikinci ictimai dinləmədə Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc bildirib.

 

Deputat təkliflərin bir neçəsini açıqlayıb.

 

"Onlardan biri Azərbaycan Respublikasının vətəndaşının yalnız bir partiyanın üzvü olmasıdır. Digər təklif isə seçkilərdə ardıcıl iştirak etməyən siyasi partiyaların ləğv edilməsidir", - Zahid Oruc deyib.

 

Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü