Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Modern.az xəbər verir ki, səfər ərəfəsində deputatlar Əhliman Əmiraslanov, Ağalar Vəliyev və Anar Məmmədov Azərbaycanda keçirdiyi avtomobil qəzasından sonra müalicəsi İstanbulda davam edən millət vəkili, Türkiyə-Azərbaycan Dostluq qrupynun rəhbəri Şamil Ayrımı ziyarət ediblər.
Deputatlar Şamil Ayrımın səhhəti ilə maraqlanıb və ona şəfa diləyiblər.