Modern.az

Deputatlar üçün əlavə pul ayrılması TƏKLİF OLUNDU

Deputatlar üçün əlavə pul ayrılması TƏKLİF OLUNDU

11 Noyabr 2022, 12:00

“Deputatların ezamiyyə xərclərinə ayrılan vəsait azdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

Komitə sədri ezamiyyə xərclərinə ayrılan vəsaitin artırılmasını təklif edib:

 

“Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır. Biz xaricdə Ermənistan nümayəndələrinə qarşı Azərbaycanın haqq səsindən çıxış edirik. Hazırda da deputatlarımız səfərdədir. Ayrılan vəsait deputatların ezamiyyə xərcləri üçün kifayət etmir. Ümid edirik ki, məsələyə baxılacaq, dövlət büdcəsindən maliyyə ayrılacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi