Modern.az

Deputatlar NATO PA-nın sessiyasında iştirak edəcəklər

Deputatlar NATO PA-nın sessiyasında iştirak edəcəklər

Parlament

17 Noyabr 2022, 10:12

Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, sessiya çərçivəsində NATO-nun yeni strateji konsepsiyası, Qərbi Balkanlarda vəziyyət, terrorçuluqla mübarizə, kiber təhdidlər, iqlim dəyişikliyindən qaynaqlanan çağırışlar və digər mövzularda müzakirələr aparılacaq.

 

Səfər noyabrın 22-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi