Modern.az

Vitse-spikerdən deputatlara irad: “İşinizdir, burada olmalısınız”

Vitse-spikerdən deputatlara irad: “İşinizdir, burada olmalısınız”

23 Noyabr 2022, 11:40

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

 

Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.

 

Modern.az xəbər verir ki, Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bəzi deputatların iclasda iştirak etmədiyini bildirib.

 

Sədr müavini onların hansı səbəbdən iclasa gəlmədiyini öyrənmək üçün tapşırıq verib:

 

“İşimiz odur ki, qanun layihəsini müzakirə edirik. Görürük ki, çox adam yoxdur, səbəbi də bilinmir. Nəyə görə gəlməyiblər, öyrənilsin. İşinizdir, burada olmalısınız”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir