Modern.az

Vitse-spiker partiyalarla bağlı yenilikləri açıqladı

Vitse-spiker partiyalarla bağlı yenilikləri açıqladı

Parlament

23 Noyabr 2022, 13:59

“Qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyır”.

 

Modern.az xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən mətbuat konfransında parlamentin sədr müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

 

Onun sözlərinə görə, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak ediblər.

 

Vitse-spiker qanuna əsas dəyişiklikləri izah edib: “Əsas təkliflər daha çox rəqəmlərə yönəlib. Təkliflər var idi ki, bir sıra məsələlərdə zaman artırılsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.

 

Qeyd ounub ki, “Siyasi Partiyalar haqqında” qanun layihəsində ümumilikdə 66 düzəliş edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi