Modern.az

"Deyirlər camaat işləmək istəmir, yalandır" - Deputat od püskürdü

Parlament

25 Noyabr 2022, 13:04

“İnsana doğulanda və öləndə dəyər vermək lazımdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib.

 

“Heç olmasa bunu vətəndaşlarımıza etməliyik. Vətəndaşlarımızın çoxu səhiyyə sistemi ucbatından dünyasını dəyişir, ölənlərin sayı nə qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur. Digər məsələ isə məşğulluqla bağlıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur, ona görə də özəl sektor canlandırılmalıdır.

 

Bəzən deyirlər ki, xalq işləmək istəmir, belə məlumatlar yalandır. Normal iş yeri,yaxşı maaş olsa, hamı işləmək istəyəcək. Niyə xalq yaxşı yerdə işləmək istəməsin?”, - deyə deputat iradlarını dilə gətirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu