Modern.az

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı ARTIRILIR

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı ARTIRILIR

Parlament

29 Noyabr 2022, 18:16

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Qərar layihəsinə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

 

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı