Modern.az

Sahibə Qafarova Türkmənistana səfər edəcək

Sahibə Qafarova Türkmənistana səfər edəcək

Parlament

2 Dekabr 2022, 12:24

“Dekabrın 7-də Türkmənistana səfərimiz olacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlament sədri Sahibə Qafarova bildirib.

 

Spiker deputat Fəzail Ağamalının çıxışına cavab olaraq deyib ki, deputatların daha çox səfər etməsi fikri ilə razıdır.

 

“Mən də razıyam ki, səfərlər çox olsun. Dekabrın 30-da burada hesabat verəcəyəm. Qeyd olunacaq ki, kimlər hara gedib. Eyni zamanda dekabrın 7-də olan səfərə siz də gedəcəksiniz. Yəqin ki, sizə dünən Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi səfər haqqında məlumat verilib”, - spiker vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir