Modern.az

Sahibə Qafarova Türkmənistanda təltif edildi

Sahibə Qafarova Türkmənistanda təltif edildi

Parlament

8 Dekabr 2022, 00:01

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova “Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

 

Modern az xəbər verir ki, orden Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən təqdim olunub.

 

Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması təkcə iki ölkə xalqlarının mənafeyinə uyğundur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI