Modern.az

Gələn ilin dövlət büdcəsi qəbul edildi

Gələn ilin dövlət büdcəsi qəbul edildi

9 Dekabr 2022, 11:13

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

 

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib.

 

Belə ki, qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq, 30 milyard 773 milyon 978 min manat təşkil edəcək.

 

Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi.

 

Eyni zamanda dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat nəzərdə tutulurdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!