Modern.az

Mehriban Əliyeva: "İnanıram ki, bir daha belə səhvlərə yol verməyəcəklər"

Mehriban Əliyeva: "İnanıram ki, bir daha belə səhvlərə yol verməyəcəklər"

7 May 2013, 13:51

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Modern.az-ın məlumatına görə, Mehriban Əliyeva çıxışında Heydər Əliyevin ailə üzvü kimi mərhum prezidentin sadəliyindən, xeyirxahlığından, mərhəmətli olmasından danışıb:

“Sadə insanlara qarşı münasibətdə çox sadə davranırdı. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarından ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Amma o, prezident seçiləndən sonra bu adamların əksəriyyətini bağışladı və bir daha öz böyüklüyünü göstərdi. Bu gün müzakirə etdiyimiz amnistiya akt əslində bağışlamaq nümunəsidir”.

Mehriban Əliyeva Amnistiya Aktının H.Əliyevin 90 illik yubileyi ərəfəsində qəbulunun  böyük rəmzi xarakter daşıdığını da bildirib: “Bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan humanizm ideyaları olub. Diqqətinizə təqdim olunan qərarda 9 min şəxsin amnistiyaya düşəcəyi,  onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir. İnanıram ki, azadlığa çıxan insanlar bir daha gələcəkdə belə səhvlərə yol verməyəcəklər, cəmiyyətdə öz yerlərini tutacaqlar”. Mehriban Əliyeva həmkarlarını bu qərarı dəstəkləməyə çağırdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım