Modern.az

Onlar sülhməramlı deyillər - Şuşanın deputatından etirazçılara DƏSTƏK

Onlar sülhməramlı deyillər - Şuşanın deputatından etirazçılara DƏSTƏK

Parlament

12 Dekabr 2022, 13:36

Bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.

 

Şuşadakı aksiya barədə Modern.az-a danışan Milli Məclisdə 41 saylı Şuşa – Xocalı –Xocavənd – Tərtər- Kəlbəcər seçki dairəsini təmsil edən deputat Elman Məmmədov sülhməramlıların təxribatçı hərəkətlərini pisləyib.

 

Deputat bildirib ki, Qarabağın dağlıq hissəsinə müvəqqəti yerləşdirilmiş ruslar sülhməramlı deyil, Rusiyanın hərbi kontingentidir:

 

 

“Onlar bizə, ərazilərimizə xeyir vermək üçün yox, bəla, problem yaratmaq üçün gəliblər. İki ildir ki, gəldikləri andan bəri ərazimizdə erməniləri, separatçıları silahlandırır, təlimatlandırmaqla müharibəyə hazırlayırlar. İran, Fransa və başqa xarici ölkələrdən gələn terrorçu diversiya qruplarını bizim ərazilərimizdə yerləşdirməklə, Azərbaycan qanunlarını pozmaqla məşğuldurlar. Ona görə də ictimaiyət nümayəndələrinin, QHT-nin keçirdiyi aksiya alqışlanmalıdır”.  

 

Deputat qeyd edib ki, bu cür aksiyalar gücləndirilməli və kütləvi hal almalıdır:

 

“Sülhməramlılara başa salmaq lazımdır ki, bura Azərbaycan ərazisidir. Necə ola bilər ki, Azərbaycanın rəsmi şəxsləri, jurnalistləri Azərbaycan ərazisinə girə bilmir, ancaq xarici ölkə vətandaşları, cinayətkarlar, separatçılar ölkəmizin ərazisinə buraxılır. Elə bil 90-cı ilin yanvar hadisəsini, Xocalı faciəsini törədəcəklər, ağır texnikanı yığıb bizim ərazilərə gətiriblər. Axırda deyəsən bunu da edəcəklər. Artıq sülhməramlılara yerlərini göstərmək lazımdır, onlar bizim üçün təhlükədirlər və bunun qarşısını almaq lazımdır”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi