Modern.az

Sahibkarların müdafiəsi ilə bağlı qanun parlamentin müzakirəsinə çıxarılır

Sahibkarların müdafiəsi ilə bağlı qanun parlamentin müzakirəsinə çıxarılır

8 May 2013, 15:56

“Artıq ombudsman institutumuz var. Bu yaxınlarda da informasiya ombudsmanı yaradıldı. Ona görə də iqtisadi ombudsmanın yaradılmasına ehtiyac yoxdur. Bu nə verəcək bizə? Bu Azərbaycana heç nə verməyəcək”. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti V. Putin bu gün “Rusiya Federasiaysında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili”nin yaradılması haqqında  fərman imzalayıb. Rusiyada yaradılmış yeni müvəkkil artıq 100 min sahibkara qarşı iqtisadi amnistiya tətbiq olunması üçün Dumaya müraciət də hazırlayıb. Gələn həftə bu təklifin Dumada müzakirəyə çıxarılması gözlənilir.

Biznes ombusmanı mövzusunu şərh edən deputat Vahid Əhmədovun sözlərinə görə, bu yaxınlarda da Milli Məclisdə oxşar bir qanun qəbul olunacaq. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” qanun mayın 14-də Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

“Qanun layihəsinin komitə iclasında müzakirə etmişik. Sahibkarlıq üçün nə isə etmək istəyiriksə, Rəqabət Məcəlləsini qəbul etməliyik. Daxili bazarda bərabər hüquqlu sahibkarlar üçün şərait yaratmalıyıq və s. Odur ki, hesab edirəm ki belə bir institutun yaradılmasına ehtiyac yoxdur”.

Gültəkin ƏLƏSGƏR  

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım